“DokuBaku” festivalında 36 film nümayiş olunacaq
01 dekabr 2020 15:29 (UTC +04:00)

“DokuBaku” festivalında 36 film nümayiş olunacaq

“DokuBaku” dünyanın sənədli film yaradıcılarını Azərbaycanda toplayan müstəqil beynəlxalq sənədli film festivalıdır.

Lent.az  xəbər verir ki, bu il 4-cü “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı “Dəyişikliklər” mövzusu altında onlayn formatda gerçəkləşəcək.

Noyabrın 30-da başlayan festivala dekabrın 6-da yekun vurulacaq. Bir həftə ərzində dafilms.com beynəlxalq onlayn festival platforması vasitəsilə 4 kateqoriyada 36 film nümayiş olunacaq. Hər kəs platformada qeydiyyatdan keçərək günün istənilən saatında filmləri ödənişsiz izləyə biləcək. Festivalın icraçı direktoru – sənədli filmlər rejissoru Oktay Namazov bildirib ki, Azərbaycanca və ingiliscə altyazı ilə nümayiş sənədli filmləri izləyiciyə daha əlçatan edir.

Bu il festival 53 ölkədən 250-dən çox film qəbul edib. Onların içərisindən seçilən xarici tammetrajlı, qısametrajlı, eləcə də yerli filmlər auditoriyaya təqdim olunacaq. Sonda beynəlxalq və yerli mütəxəssislərdən ibarət münsiflər heyəti ümumilikdə 4 kateqoriyada qalibi seçəcək: ən yaxşı tammetrajlı sənədli film; ən yaxşı beynəlxalq qısa və yerli sənədli filmlər; “X kateqoriyası”.

Festival filmləri barədə ətraflı məlumatı aşağıdakı linkdə əldə etmək olar: https://az.dokubaku.az/program.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2258

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28